Press "Enter" to skip to content

Agır atletlərimiz Daşkənddə qüvvələrini sınayacaq

Bayraqdar.info – Mayın 21-dən 31-dək Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Bayraqdar.info-ya verilən xəbərə görə, yarışda 112 ölkədən 384 – 220 kişi və 164 qadın atlet iştirak edəcək. Azərbaycan yığmasının 5 üzvü də bu yarışda öz qüvvəsini sınayacaq.

Xəbərdə deyilir ki, oyunlar yeniyetmələr üzrə Oktay Muxtarov, gənclər üzrə Maksum Xasanovun baş məşqçiliyi ilə keçiriləcək.

İdmançılarımızdan Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Ömər Cavadov (73 kq), Füqan Əliyev (81 kq) və Əli Şükürlü (102 kq) mübarizə aparacaq.

Yarışlarda ədalət təmsilçisi qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.

Mission News Theme by Compete Themes.