Son yeniləmə: 18 May 2021 17:42
Bayraqdar.info – Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib.
Bu barədə qurumdan bayraqdar.info-ya verilən məlumtada deyilir.
Qeyd olunur ki, əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti yaradılıb. Bununla da müxtəlif sahələr üzrə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı yaranıb.