Son yeniləmə: 17 May 2021 17:25
Bayraqdar.info – “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası hazırlanıb. Versiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən hazırlanıb.
Bu barədə bayraqdar.info-ya ASAN Xidmətdən verilən məlumatda deyilir.
Portal vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim ediləcək.
Portal istifadəyə verilməzdən öncə EHİM bu prosesdə vətəndaş iştirakının təmin edilməsi, vətəndaşların fikir və rəylərinin öyrənilməsi, təkliflərinin alınmasını vacib hesab edir.
Keçidlər vasitəsilə vətəndaşlar müvafiq xidmətləri təqdim edən portallarla tanış olub, rəylərini bildirə bilər:
Regional rəqəmsal hökumət portalı;
Regional rəqəmsal hökumət quruculuğu çərçivəsində yerli icra hakimiyyətlərinin İT infrastrukturu və mütəxəssis potensialının hesablanması və digər bu kimi işlərin görülməsi nəzərdə tutulub.
İlkin mərhələdə pilot layihə olaraq sosial-iqtisadi aktiv 3 rayon seçilib. Gəncə şəhəri, Masallı və Quba rayonları. Bu rayonlar Azərbaycanın hər bir zonasının (Şimal, Cənub və Qərb) təmsil olunmasına, əhali çoxluğuna və “ASAN Xidmət” mərkəzinin də yerləşməsinə görə seçilib. Layihələrin uğurlu tətbiqi yekunlaşdıqdan sonra bu təcrübənin digər rayonlar üçün də işlənilməsi nəzərdə tutulub.