Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti Sadır Caparovdan maraqlı qəbul

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov mayın 17-də bir sıra dövlətlərin ölkəsinə təyin edilmiş yeni səfirlərinin etimadnamələrini qəbul edib.

Bu xəbəri bayraqdar.info-ya Prezidentin Administrasiyasından veriblər.

S.Caparov günün birinci yarısında Pakistan, Özbəkistan, Macarıstan, Əfqanıstan, Türkiyə və Qazaxıstanın ölkəsinə yeni təyin edilmiş səfirlərini qəbul edib.

Yeni səfirlərin etimadnamələrini qəbul edən Prezident onlarla tək-tək görüşüb, fikir mübadiləsi aparıb.

Qırğızıstan Prezidenti görüşlərdə qeyd edib ki, yeni səfirlərin fəaliyyəti təmsil etdikləri ölkə ilə münasibətlərin daha da yaxşılaşdırılmasına təkan verəcək.

Ölkə başçısı səfirlərə gərəkli dəstəyi verəcəyini, onların öz fəaliyyətlərini uğurla yerinə yetirə bilməsi üçün şərait yaradılacağını da deyib.

Etimadnaməsini təqdim etmiş səfirlər: Pakistan – Sərdar Azhar Tariq Xan, Özbəkistan – Xurşid Mirzahidov, Macarıstan – Şandor Dorogi, Əfqanıstan – Bismillah Vəziri, Türkiyə – Ahmet Sadık Doğan, Qazaxstan – Rapil Joşıbayev.

Diqqət çəkən məqam odur ki, adı çəkilən ölkələrin hamısı bu və ya digər şəkildə türk və ya türk dostu ölkələrdir. Üstəlik, onlardan dördü Türk Keneşinin üzvüdür: Özbəkistan, Türkiyə və Qazaxıstan tam, Macarıstan isə müşahidəçi. Əslində, Pakistan və Əfqanıstan bu Keneşin üzvü olmasa da türk dövlətlərilə ən yaxşı əlaqələri olan dövlətlərdir.

Mission News Theme by Compete Themes.