Press "Enter" to skip to content

Mayın 18-dən əhaliyə “Sputnik V” vaksini də vurulacaq

Son yeniləmə: 17 May 2021 16:23

Bayraqdar.info – Mayın 17-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatı yayılıb.

Məlumatda deyilir ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndləmə prosesi davam edir.

“Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndləmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq. 18 yaşından yuxarı olan və əks göstəriciləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər”, – deyə məlumatda bildirilir.

Həmçinin, qeyd edilib ki, “Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Əlavə edək ki, Rusiya Azərbaycana bu peyvəndi satmaqla bərabər onun burada istehsalında da maraqlıdır. Bununla bağlı mayın 10-11-də Azərbaycanda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov da məlumat vermişdi.

Qardaş Türkiyə isə artıq “Sputnik V” peyvəndinin istehsalına rəsmən icazə verib.

Mission News Theme by Compete Themes.