Press "Enter" to skip to content

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

Son yeniləmə: 17 May 2021 09:00

Bayraqdar.info – Güney Azərbaycanın Əhər şəhərindən olan milli-mədəni fəal İsrafil Fətullahzadə mayın 14-ü axşam saatlarında məzuniyyət müddəti bitdiyi üçün Əhər həbsxanasına geri dönüb.

O, aprelin 24-də 100 milyon tümənlik girov qarşılığında 20 günlük məzuniyyətə buraxılmışdı.

İ.Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün İran məhkəmə məmurları tərəfindən Əhər şəhərində saxlanılıb.

İsrafil Fətullahzadə ondan öncə, 20 fevral 2014-cu ildə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə təhlükəsizlik məmurları tərəfindən həbs olunmuşdu.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.