Press "Enter" to skip to content

Beynəlxalq Muzeylər gününə həsr olunmuş vebinar keçiriləcək

Son yeniləmə: 17 May 2021 16:42

Byraqdar.info – Mayın 18-də saat 11:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların işinin təşkili” mövzusunda vebinar keçiriləcək.

Bu barədə məlumat bayraqdar.info-ya Milli Tarix Muzeyindən verilib.

Məlumatda bildirilir ki, “Zoom” platforması üzərindən keçiriləcək vebinarda 2020-ci ilin əvvəllərindən etibarən COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanalarda iş fəaliyyətinin istiqamətləri, elmi işlərin aparılması, ekspozisiya və sərgilərin qurulması zamanı yaranan çətinliklər, oxucularla işin təşkili və bu kimi mövzular müzakirə olunacaq.

“Müzakirələrdən başlıca məqsəd paytaxt muzey, kitabxana və arxivlərinin bölgələrlə əməkdaşlığını daha da artırmaq, əldə edilmiş təcrübələri bir-biri ilə paylaşmaq və yeni texnologiyalar dövründə adı çəkilən müəssisələrdə iş fəaliyyətinin daha səmərəli təşkilidir”, – deyə Muzeydən bildirilib.

Həmçinin o da qeyd edilib ki, tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin, Arxeologiya və Etnoqrafiya Muzeyinin, Göyçay Mərkəzi Kitabxanasının, Şəmkir rayon H.Əliyev Mərkəzinin, Quba Soyqırım Memorial Kompleksinin, Neftçala Tarix Diyarşünaslıq Muzeyinin rəhbərləri və əməkdaşları çıxış edəcək.

Mission News Theme by Compete Themes.