Bayraqdar.info – Almaniya Prezindenti Frank Valter Ştaynmayer iki həftə sonra Afrikadakı Namibiyanın parlamentində çıxış edərək 100 il öncə törətdikləri soyqırımlara görə üzr istəyəcək.
Bu haqda xəbəri Almaniya Radiosu – Deutschlandfunk yayıb.
Radionun verdiyi xəbərə görə, tərəflər arasında 2015-ci ildən davam edən danışıqlar nəhayət ki, sona çatır. Almaniya tərəfi müstəmləkəçi olaraq 1904-1908-ci illərdə Namibianın Herero və Nama qəbilələrinə aid on minlərlə insanı öldürməsindən dolayı bu ölkəyə təzminat da ödəyəcək.
Radio xəbər verir ki, artıq tərəflər arasındakı razılaşmanın ilkin mətni hazırdır və iki ölkə təmsilçiləri tərəfindən imzalanıb. Lakin onun tam qüvvəyə minməsi və icra edilməsi üçün önümüzdəki iki həftə içində dövlətlərin təsdiqləməsi lazımdır.
Bununla bərabər Almaniya Prezidenti Frank Valter Ştaynmayer Namibiyaya səfər edəcək. O, burada parlament qarşısında çıxış edərək ölkəsi adından Namibiya xalqından üzr istəyəcək. Bundan başqa Almaniya Namibiyaya iri məbləğdə maliyyə yardımları ayırmaqla törətdiyi kütləvi qırğınları kompensasiya edək.