Press "Enter" to skip to content

56 dövlət əmlakı hərraca çıxarılacaq

Son yeniləmə: 17 May 2021 17:07

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 8-də hərrac təşkil ediləcək. Hərraca 56 dövlət əmlakı çıxarılacaq.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, bunlara 35 səhmdar cəmiyyətinin səhmləri, 21 kiçik dövlət müəssisəsi və yarımçıq tikili aiddir. Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar Əmlak Xidmətləri Məkanına gəlməklə, yaxud e-emlak.gov.az portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Mission News Theme by Compete Themes.