Bayraqdar.info – Türkiyənin də təşəbbüsüylə toplaşan İslam Əməkdaşlıq Təşkilatında İsraillə Fələstin arasında son günlər yaşanan qanlı qarşıdurma müzakirə edilib.
Bu haqda xəbəri Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu mayın 16-da sosial media hesabında yayıb.
“Türkiyənin də çağırışı ilə toplanan İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin toplantısında yaşanan vəhşətin tək sorumlusunun İsrail olduğunu vurğuladıq. Fələstinli qardaşlarımızın qorunması üçün beynəlxalq platformalardakı bütün cəhdlərə başçılığı davam etdirəcəyik”, – deyə M.Çavuşoğlu qeyd edib.
Türkiye’nin de çağrısı üzerine toplanan İslam İşbirliği Teşkilatı Acil İcra Komitesi toplantısında yaşanan vahşetin tek sorumlusunun İsrail olduğunu vurguladık.
Filistinli kardeşlerimizin korunması için uluslararası platformlardaki tüm çabalara öncülük etmeyi sürdüreceğiz. pic.twitter.com/GIUIc2O313
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 16, 2021
Toplantıda iştirak edən Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureşi də olduqca sərt mövqe sərgilədiyini bildirib. O, sosial media hesabında bununla bağlı qeydlər edib.
“Bu gün İƏT-in növbədənkənar toplantısında aşağıdakıları təkrarladım:
Fələstin məsələsini Pakistanın xarici siyasətinə uyğun olaraq dəstəkləyirik;
İsrail qüvvələri tərəfindən müdafiəsiz fələstinlilərə qarşı rastgələ güc tətbiqi bütün beynəlxalq qanunlara ziddir;
Fələstinlilərin Qüds yaxınlığındakı Şeyx Cərrahdan zorla çıxarılma faciəsi İsrailin demoqrafik strukturu, tarixi və irsi statusu, Qüdsün ərəb-islam/xristian mənsubiyyətini sistemli dəyişmə cəhdinin son görüntüsüdür;
Təcavüzkar İsraillə qurban Fələstin arasında saxta bərabərlik işarəsi qoymaq bağışlanmazdır. Zülm yoluyla medianı susdurma cəhdi qəbuledilməzdir. İƏT özünün qurulmasında Fələstin məsələsinə borcludur. İslam ümməti Fələstin xalqıyla möhkəm həmrəyliyi əməldə göstərməlidir;
Xalqların tarixində elə bir vaxt gəlir ki, gələcək nəsillərin xatırlayacağı qərarlar alınır və tarixin doğru tərəfində olmaq vacibdir. Bu da elə anlardan biridir. Biz bu çətin durumda Fələstin xalqını dəstəkləməkdə uğursuz olmamalıyıq”, – deyə Pakistan Xarici İşlər naziri qeyd edib.
Today, at the Emergency Meeting of the @OIC_OCI I reiterated the following:
➖Support for Palestinian cause defining principle of 🇵🇰 foreign policy
➖ Indiscriminate use of force by Israeli forces against defenceless Palestinians defies all international law. 1/4 pic.twitter.com/Z1TmegRtoI— Shah Mahmood Qureshi (@SMQureshiPTI) May 16, 2021
Əlavə edək ki, İsrail tərəfi qarşıdurmanın belə uzanmasında və insanların ölməsində Fələstin tərəfini ittiham edir. Rəsmi Təl-Əviv dinc yaşayış məskənlərini bombalamasını da oradan onlara sarı raketlərin atılmasıyla əlaqələndirir.