Son yeniləmə: 16 May 2021 12:34
Bayraqdar.info – Yanvar-aprel aylarında əhaliyə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə 2 milyard 25 milyon manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 6% çoxdur.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıliyindən məlumat verilib.
Məlumatda deyilir ki, bəhs edilən müddətdə də pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.
ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 113,9 milyon manat çox olmaqla vəsait ödənilib. Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.