Press "Enter" to skip to content

Gənclər üçün “Sirlər Xəzinəsi” intellektual müsabiqəsi

Son yeniləmə: 16 May 2021 16:01

Bayraqdar.info – Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun GəncApp mobil tətbiqi üzərindən təşkil etdiyi “Sirlər Xəzinəsi” intellektual müsabiqəsi davam edir.

Bu barədə məlumat Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilib.

Məlumatda deyilir ki, 17-21 may tarixlərini əhatə edəcək növbəti müsabiqənin sualları hər gün GəncApp mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da göndəriləcək. Sualları doğru cavablandıran gənclər müəyyən edilmiş qaydalara əsasən xallar əldə edəcək.

Doğru cavabı qeyd edən ilk 5 gənc bu ardıcıllıqla xal qazanacaq:

1-ci doğru cavab – 10 xal
2-ci doğru cavab – 8 xal
3-cü doğru cavab – 6 xal
4-cü doğru cavab – 4 xal
5-ci doğru cavab – 2 xal

Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir.

Daha sonra müsabiqənin şərtləri diqqətə çatdırılır: “Şərtlər çox sadədir. GəncApp mobil tətbiqini quraşdırıb sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq lazımdır. Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər. Yarış və qazan!”, – deyə Nazirliyin məlumatında bildirilir.

Mission News Theme by Compete Themes.