Press "Enter" to skip to content

Daha 12 nəfərdə saxta əlillik diaqnozu halı müəyyən edilib

Bayraqdar.info – Aparılan növbəti əyani müayinə zamanı daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.

Bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

“Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 26 şəxsin də komissiya tərəfindən əyani müayinəsi aparılıb. Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də iştirak edib”, – deyə məlumatda bildirilir.

Bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi, saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Mission News Theme by Compete Themes.