Press "Enter" to skip to content

“Ailəm ən dəyərli xəzinədir” adlı onlayn tədbirlər davam edir – VİDEO

Bayraqdar.info – Beynəlxalq Ailə Günü ilə bağlı yerli icra hakimiyyətləri tərəfindən onlayn görüşlər keçirilib.

“Mayın 15-də rayon icra hakimiyyətləri tərəfindən 15 May – Beynəlxalq Ailə Günü münasibətilə şəhər və rayonlarda uşaq və yeniyetmələr, gənclər, vətən müharibəsi iştirakçılarının, eləcə də qazilərin ailə üzvlərinin iştirakı ilə onlayn görüşlər keçirilib. Onlayn görüşlərdə milli-mənəvi, ailə dəyərlərinin gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda söhbətlər aparılıb.”

Bu xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən veriblər.

Xəbərdə deyilir ki, gənc və həssas qruplara aid olan ailələr üçün valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, yaşlı və gənc nəsil arasında dialoqun düzgün qurulması, erkən nikah və qohum nikahların mənfi nəticələri ilə bağlı keçirilən görüşlər çox maraqla qarşılanıb.

Daha sonra onlayn söhbətlərdə ailə planlaşdırılması və reproduktiv sağlamlıq, zərərli vərdişlərin fəsadları və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Onlayn görüşlərdə şəhər və rayonların nüfuzlu insanlarının, ictimai və din xadimlərinin, Ağsaqqallar və Ağbirçəklər Şurasının üzvləri də iştirak ediblər.

Bayraqdar.info bildirir ki, Komitədən onu da qeyd ediblər ki, buna qədər də orta məktəblərdə “Ailəm ən dəyərli xəzinədir” adlı inşa, “Ailəm”, “Biz mehriban ailəyik” və s. adlı foto və rəsm müsabiqələri keçirilib. “Örnək olacaq ömür”, “Qəhrəman oğulları yetişdirən ailələr” və digər videoçarxlar sosial şəbəkələrdə yayımlanıb.

Beynəlxalq Ailə Gününə həsr olunmuş maarifləndirmə tədbirləri davam edir və böyük maraq və rəğbətlə qarşılanır.

Mission News Theme by Compete Themes.