Bayraqdar.info – Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, “mayın 15-i saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub”.
Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olayaraq odlu silahdan atəş açıb, əllərindəki yükü ataraq hadisə yerindən qaçmağa çalışıblar.
Xəbərdə deyilir ki, sərhəd pozucularının atəşi baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlunu yaralayıb. Onlar tibb müəssisəsinə yerləşdirilsə də həyatlarını xilas etmək mümkün olmayıb.
Əraziyə baxış keçirilərkən hadisə yerində 10 kq-a yaxın narkotik vasitəyə bənzər maddə aşkar edilib.
Xəbərdə deyilir ki, ərazi qapadılaraq havadan müşahidə tətbiq edilib. Nəticədə sərhəd pozucularından biri saxlanılıb. Hələlik adı açıqlanmayan sərhəd pozucusu İran vətəndaşıdır. Digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər görülür.
“DSX rəisinin tapşırığına əsasən rəis müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub. Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib”, – deyə xəbərdə bildirilir.