Son yeniləmə: 15 May 2021 07:51
Bayraqdar.info – Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı açıqlama yayıb.
Avropa Birliyindən verilən xəbərə görə, qısa bəyanatda ali nümayəndəliyin tərəflərin Xarici İşlər nazirləri ilə telefon əlaqəsi saxladığı da bildirilir.
“Avropa Birliyi Ermənistan-Azərbaycan sərhədi boyunca narahatlıq doğuran gəlişmələri yaxından izləməkdədir. Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidtmətinin baş katibi Stefano Sannino Cümə axşamı günü Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanla, Cümə günü isə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla danışıb. Danışıq zamanı hər iki tərəf son dərəcə təmkinli davranmağa və gərginliyi aradan qaldırmağa çağırılıb. Avropa Birliyinin xüsusi təmsilçisi Toivo Klaar da ATƏT-in fəaliyyətdə olan sədri ilə əlaqədə olub”, – deyə açıqlamada bildirilir.
Daha sonra qeyd edilir ki, “sərhəd xətlərinin müəyyən edilməsi və dəqiqləşdirilməsi yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yoluyla həll edilməlidir. Biz iki tərəf arasındakı texniki səviyyəli ünsiyyəti alqışlayırıq”.
“Avropa Birliyi münaqişənin əhatəli şəkildə həllini dəstəkləməyə davam edir və hər iki ölkəni bölgədə sabitliyi təmin edəcək dinc həll yolları tapmağa təşviq edir”, – sözlərilə açıqlama sonlandırılır.
Buna qədər olan təmaslar haqqında xəbər vermişdik
Qeyd edək ki, bayraqdar.info bir müddət öncə C.Bayramovun S.Sannino ilə telefon danışığı haqqında xəbər vermişdi.
Eyni zamanda mayın 14-də Azərbaycanlı nazirin ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə də telefon danışığı haqda məlumatımız yayınlanmışdı.
Bundan başqa mayın 13-də məsələylə bağlı Rusiya Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin də narahatlıq ifadə etdiyini bildirmişdik.
Əlavə olaraq eyni gündə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın özünün sosial media hesabında məsələni diqqətdə saxladıqları haqqında paylaşım etdiyini xəbər vermişdik.
Bütün bu telefon zəngləri, açıqlamalarda hər hansı tərəf gərginlik yaratmaqda, yaxud da başqasının torpağına müdaxilədə ittiham edilməyib. Lakin Fransanın sözün bütün anlamlarında naşı Prezidenti Emmanuel Makron Azərbaycanı “öz əsgərlərini Ermənistan ərazisindən geri çəkməyə” çağırış etmişdi.
Azerbaijani armed forces have crossed into Armenian territory. They must withdraw immediately. I say again to the Armenian people: France stands with you in solidarity and will continue to do so.
— Emmanuel Macron (@EmmanuelMacron) May 13, 2021
Bənzər çağırışın birini də ABŞ-ın məlum və məşhur konqresmən Frenk Pallone səsləndirib. O, bir neçə gün öncə ABŞ dövlətinə müraciət edərək Azərbaycanı qınamağı tələb edib. Üstəlik, Ermənistan radiosuna aid bir paylaşıma əsaslanaraq…
Azerbaijan has now invaded Armenia in clear violation of international law. The U.S. must condemn this attack in unequivocal terms and use its influence with allies to bring about the withdraw of Azeri forces from Armenian territory. https://t.co/o7xsUezEUE
— Rep. Frank Pallone (@FrankPallone) May 12, 2021
Halbuki ortada hər hansı müdaxilə yoxdur və Avropa Birliyi də daxil olmaqla çox ciddi qurumlar və dövlətlərin təmsilçiləri tərəfləri anlaşılmazlıqları danışıqlar yoluyla həll etməyə çağırmaqla yetinir.
[…] Yeri gəlmişkən, bayraqdar.info bu məsələni ilk gündən ən peşəkar şəkildə işıqlandırmaqdadır. […]
[…] sıra yüksək rütbəli şəxslərin Azərbaycanla telefon əlaqələri haqqında daha öncə də xəbər vermişdik. Belə anlaşılır ki, bu əlaqələr hələ də intensiv şəkildə davam […]