Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü ilə bağlı şərtlər razılaşdırılır. Lakin ayrıntıları elan etmək hələ tezdir.
Bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak “RBK Ukraina”ya bildirib.
A.Yermak onu da əlavə edib ki, vəziyyət təcili müdaxilə tələb etdiyi üçün danışıqların mümkün qədər tez baş tutması yaxşı olardı.
Döblət başçıları arasında görüşdə müzakirə ediləcək məsələlərə gəlincə, A.Yermak 2019-cu ilin dekabrında Parisdə Normandiya Dördlüsünün əldə etdiyi razılaşmaların yerinə yetirilməsinın təhlilini ön plana çəkib.
“Biz görürük ki, humanitar və təhlükəsizliklə bağlı əsas məsələlər hələ də həllini tapmayıb. Eyni zamanda yüksək səviyyədə müzakirə ediləcək başqa məsələlər də var”, – deyə A.Yermak bildirib.
O, eyni zamanda qeyd edib ki, Qərbdən olan tərəfdaşlar Ukraynanı dəstəkləyir. Çünki Ukrayna olduqca aydın və anlaşılan bir mövqe sərgiləyir. Özəlliklə də Ukrayna və Rusiya dövlət başçıları arasındakı müzakirə ediləcək məsələlərlə bağlı.
V.Zelenski ilə V.Putinin mümkün görüş yerinə gəlincə, bunun Vyana və Yerusəlimdə ola biləcəyi deyilir.