Son yeniləmə: 14 May 2021 17:13
Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov mayın 14-də ölkədə səfərdə olan başqan Mustafa Rifat Hisarcıklıoğlunun bərabərindəki Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) heyətini qəbul edib.
Bu haqda məlumatı bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.
Heyətdə Türkiyənin iri şirkətlərinin təmsilçiləri də olub. Əsasən kənd təsərrüfatı, tekstil və qida sənayesi, energetika, turizm, mədənçilik və tikinti şirkətlərinin təmsilçiləri Prezidentlə görüşdə iştirak edib.
S.Caparov qonaqlara bildirib ki, ölkəsinə xarici yatırımları dəstəkləyir. Bunun üçün gərəkli şəraiti yaratmağa da hazırdır.
Dövlət başçısı görüşdə iştirak edən iş təmsilçilərinin sahələrinin Qırğızıstan üçün maraqlı və önəmli olduğunu deyib.
Prezident onu da deyib ki, Türkiyə Qırğızıstanın ən iri ticari və iqtisadi tərəfdaşlarından biridir.
S.Caparov iki ölkə arasındakı ticarət dövriyyəsini il ərzində 1 milyard ABŞ dollarına çatdırmağı hədəflədiklərini deyib.
Bu baxımdan S.Caparov bu ilin iyulunda keçiriləcək ticari və iqtisadi işbirliyi üzrə Qırğızıstan-Türkiyə dövlətlərarası komissiyasının işini də qeyd edib.
Qeyd edilib ki, bu qəbildən olan 10-cu toplantı çərçivəsində yüksək səviyyəli İssık Kul Biznes Forumu da nəzərdə tutulur.
TOBB başqanı da öz növbəsində təmsil etdiyi qurumun işi haqqında Prezidenti məlumatlandırıb.
M.R.Hisarcıklıoğlu Qırğızıstanın yüksək potensialının olduğunu, özəlliklə də insan resurslarının üstünlüyünü vurğulayıb.
Qonaq eyni zamanda Qırğızıstan Ticarət və Sənaye Palatasının işinin təkmilləşdirilməsi istiqamətində fikirlərini də dilə gətirib.
Sonda S.Caparov təkrar qeyd edib ki, ölkəsi xarici yatırımlarda maraqlıdır və bunun üçün gərəkli şəraiti yaratmağa hazırdır.
Əlavə edək ki, Qırğızıstanın Xarici İşlər naziri Ruslan Kazakbayev də TOBB heyətini qəbul edib. Bu haqda xəbəri nazirlik özünün sosial media hesabında yayıb.
Встреча Министра иностранных дел Кыргызской Республики @Kazakbaev_R с делегацией деловых кругов Турции во главе с Президентом Союза палат и товарных бирж Турции (ТОВВ) Рифатом Хисарджыклыоглу.
📎 https://t.co/xsbZRaHCN7 pic.twitter.com/QTacZCKvDC
— MFA Kyrgyzstan 🇰🇬 (@MFA_Kyrgyzstan) May 14, 2021