Bayraqdar.info – Futzal üzrə İran Premyer Liqasında uğurlu çıxış edən Güney Azərbaycanın “Misi Süngün” klubu dördüncü mövsümdə də çempionluğunu təkrarlayıb.
Futzal Premyer Liqasının son turunun onuncu və son həftəsinin yarışları mayın 13-də Təbriz, İsfahan və Məşhəd şəhərlərində eyni vaxtda üç qarşılaşma ilə yekunlaşıb.
Yerli vaxtla saat 16:00-da Təbrizdə keçirilmiş qarşılaşmada Güney Azərbaycanın “Misi Süngün” klubu rəqibi “Krap Əlvənd” üzərində 7-1 hesabı ilə qəti qələbə çalıb. Komanda turnir cədvəlində 22 xalla çempionluq titulunu yenidən qoruyub saxlaya bilib.
Turnirin sonunda İsfahanın “Gitipəsənd” komandası 20 xalla ikinci, Savənin “Səniç” komandası isə 17 xalla üçüncü yeri tutub.
“Misi Süngün” klubu Asiya Çempionlar Liqasında son görüşlərində ikinci yeri tutub.
C.E
Qaynaq: GünAz.TV