Bayraqdar.info – “Azərbaycan” adlı bərə Türkmənbaşı limanına yetişib.
Bu haqda xəbəri Türkmən Dövlət Xəbərləri Agentliyi mayın 13-də yayıb.
Xəbərdə deyilir ki, bərə 2020-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilib. Bərə həm sərnişin, həm də dəmiryol və avtomobil nəqliyyatını daşımaq üçün nəzərdə tutulub.
154 metr uzunluğu olan bərənin tutumu 5,54 min tondur, Türkmənistana müasir texnika yükünü çatdırıb. Gəminin qarşılanma mərasimində hörmətli ağsaqqallar və gənclər iştirak edib.
Xəbərdə o da deyilir ki, ölkədə aparılan geniş miqyaslı və məqsədyönlü siyasət nəticəsində dəniz daşımaçılığı getdikcə artır. Onlardan birinin təsdiqi də “Azərbaycan” bərəsinin Türkmənbaşı limanına yan almasıdır.