Press "Enter" to skip to content

Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edildi

Son yeniləmə: 15 May 2021 07:31

Bayraqdar.info – Mayın 13-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu haqda xəbəri bayraqdar.info-ya Azərbaycan XİN Mətbuat xidməti idarəsindən veriblər.

Xəbərdə deyilir ki, nazirlər son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki tərəf istənilən gərginliyin yalnız siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Eyni zamanda qeyd ediblər ki, bölgədə sülhün təmin edilməsi üçün üçtərəfli bəyanatların tələbləri icra edilməlidir.

Bayraqdar.info: Qeyd edək ki, son günlər Zəngəzur istiqamətində Azərbaycan ordusunun sərhəd xəttini 3 km civarında Qərbə doğru irəlilətdiyi xəbərləri dolaşır.

Ermənistan mətbuatı yazır ki, Azərbaycan Ordusu o ölkənin torpaqlarının içərilərinə doğru irəliləyir. Eyni zamanda qeyd edilir ki, Ermənistan dövləti bunun qarşısında aciz durumdadır.

Azərbaycan tərəfi isə bəyan edib ki, əsgərlərimiz qonşu dövlətin ərazisinə heç bir müdaxilə etmir. Sadəcə bəzi sərhəd məntəqələrində dəqiqləşdirmələr aparılır.

Maraqlıdır ki, ortada hər hansı sərhəd pozuntusu olmadığı halda ABŞ konqresmeni, ermənipərəst mövqeyi ilə tanınan Frenk Pallone öz dövlətini “Azərbaycanın Ermənistana təcavüzünü dayandırmaq üçün tədbirlər görməyə” çağırıb.

4 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.