Press "Enter" to skip to content

Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı ABŞ-dan reaksiya

ABŞ Dövlət Departamenti

Son yeniləmə: 13 May 2021 23:40

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Azərbaycanın azad edilmiş ərazilərindəki Ermənistanla sərhəddə müəyyən gərginlik yaranıb. Bunun səbəbi kimi Ermənistanın iki dövlət arasındakı sərhəd dəqiqləşdirmələrinə siyasi don geyindirməsi, münaqişə görüntüsü yaratmağa çalışması göstərilir.

Məsələylə bağlı mayın 13-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov, ardından da ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramova zəng edib.

Bu zənglərin ardından Azərbaycan XİN açıqlama yayaraq məsələyə aydınlıq gətirib.

Az öncə isə bəlli olub ki, ABŞ da sərhəddəki durumu yaxından izləməkdədir.

Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays öz sosial media hesabında yazıb: “Biz Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməmiş kəsimi boyunca artan gərginliklə bağlı məlumatları yaxından izləyirik. Biz anlayırıq ki, tərəflər arasında ünsiyyət mübadiləsi davam edir və gərginliyi dinc yollarla aradan qaldırmağa sadiq qalmağa çağırırıq”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.