Bayraqdar.info – Bu haqda xəbəri Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan sosial media hesabından paylaşıb.
O, Rusiya Prezidenti Vladimir Putinlə Fələstin məsələsini telefon söhbətində müzakirə etdiklərini qeyd edib. Həmçinin yazıb ki, “Sputnik V” peyvəndinin Türkiyəyə çatdırılmasını da müzakirə ediblər.
“İsrailin Qüds, Qəzza, Məscidi Aqsa və fələstinlilərə yönəlik hücumları qarşısında Türkiyə olaraq təpkimizi ən sərt şəkildə ortaya qoyduğumuzu bildirərək uluslararası cameənin də İsrailə güclü və çəkindirici bir dərs verməsinin gərək olduğunu, bu amacla hər səviyyədə girişimlərimizi sürdürdüyümüzü ifadə etdim”, – deyə R.T.Erdoğan bildirib.
Türkiyə Cümhurbaşqanı daha sonra qeyd edib: “Rusiya Xarici İşlər Nazirliyinin Fələstin mövzusunda Birləşmiş Millətlər parametrlərinə və iki dövlətli çözümə işarət edən açıqlamasını önəmli sandığımı bildirdim. Türkiyə və Rusiyanın Qüdsdə yaşanan gəlişmələr mövzusunda həmfikir olduğunun göstərilməsinin önəmli bir mesaj təşkil etttiğinə diqqəti çəkdim”.
R.T.Erdoğan böhranın daha da böyüməməsi üçün təşəbbüsü də qeyd edib: “Böhran daha da böyümədən BMT Təhlükəsizlik Şurasının məsələyə müdaxilə etməsinin önəmli olduğunu və Şuranın hücumları dayandırmaqla bağlı İsrailə qərarlı və qəti mesajlar verməsinin gərək olduğunu vurğuladım”.
“Fələstinli mülki şəxslərin qorunması üçün bölgəyə uluslararası qoruma gücü göndərilməsi fikri üzərində də çalışmağın gərəkliliyini bildirdirm. Türkiyə və Rusiyanın BMT-də bütün bu məsələlərdə yaxın işbirliyi sərgiləyəcəyinə inandığımı ifadə etdim”, – deyə Türkiyə Cümhurbaşqanı bildirib.
Rusiya Prezidentinin Administrasiyasından da telefon söhbətilə bağlı açıqlama verilib.
Bayraqdar.info-ya daxil olan açıqlamada Türkiyə Cümhrubaşqanının Rusiyalı həmkarına mayın 11-də Kazandakı məktəbdə baş vermiş terrorla bağlı başsağlığı verdiyi bildirilir.
Eyni zamanda qeyd edilir ki, iki ölkə prezidenti İsrail-Fələstin qarşıdurmasının gərginləşməsindən narahatlıq bildirib, tərəfləri dinc danışıqlara dəvət ediblər.
Rusiya Prezidenti Türkiyəli həmkarını Ramazan bayramı münasibətilə təbrik də edib.