Press "Enter" to skip to content

Londonda Kuzey Kıbrıslı türk xanımların sevindirici uğurları

Bayraqdar.info – Böyük Britaniyada daha bir Kuzey Kıbrıs türkü London Şuralarından birinin rəhbəri seçilib.

Bu haqda xəbəri t-vine.com yayıb.

Mayın 10-da keçirilmiş seçkidə Leyborist Peray Ahmet adlı KKTC əsilli türk qızı tək bir səs üstünlüyü ilə Haringey Şurasının 2018-ci ildən sədri olan Leyborist Cosef Eciofora qalib gəlib.

P.Ahmetin yeni vəzifənin icrasına mayın sonunda başlayacağı bildirilir.

t-vine.com bildirir ki, P.Ahmet Britaniya şuralarından birinə sədr seçilmiş ikinci Kuzey Kıbrıs türküdür. Onun əsli Kuzey Kıbrısın Ozanköy / Kazafani bölgəsindən gəlir.

Qeyd olunur ki, P.Ahmet 2018-ci ildə Enfild Şurasına sədr seçilmiş daha bir Kuzey Kıbrıslı türk, Leyborist Nesil Çalışkanın uğurunu təkrarlayıb. N.Çalışkan həm də Enfild Şurasına rəhbər seçilmiş ilk qadındır.

Qonşu olan bu Şuraların əhatə etdiyi ərazilərdə türk dilində danışanlar əhalinin 20 faizinə qədərini təşkil edir.

P.Ahmet 2014-cü ildən Haringey Şurasının üzvüdür. O, bu müddət ərzində Şurada bir sıra yüksək vəzifələr də tutub. Əsasən ətraf mühit, yeniyetmələrlə iş, baxış və nəzarət istiqamətlərində işləyib.

t-vine.com xəbər verir ki, bir uşağı olan 45 yaşlı evli xanım P.Ahmet həmkarlar hərəkatının fəalıdır.

Əlavə edək ki, Londonun 32 Şurası var və onlar partiyalarüstü qurumlardır. Əsasən yerli problemlərin həlli ilə məşğul olan Şuralar seçki yoluyla formalaşdırılır.

Mission News Theme by Compete Themes.