Son yeniləmə: 11 May 2021 12:08
Bayraqdar.info – Bu gün səhər saatlarında qardaş Tatarıstanın paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbə silahlı hücum olub.
Bu haqda xəbəri “Tatarİnform” yayıb.
Xəbərlərdə bildirilir ki, hücum edən 19 yaşlı bir nəfər olub. Odlu silahdan açılan atəşlə ən azı 13 nəfərin öldüyü bildirlir.
Yaralıların olduğu da bildirilir.
Tatarıstan Prezidenti Rüstəm Minnixanov hadisə yerinə gəlib. Bu haqda xəbəri Tatarıstan Prezidenti mətbuat xidmətinin rəhbəri Liliya Galimova verib.
Müəllimlərdən biri “Tatarİnform”-a deyib ki, ikinci dərsin başlanğıcında atəş səsləri eşidilib. Bundan sonra müəllimlər uşaqları siniflərdə qapadaraq qorumağa çalışıblar.
Uşaqların və müəllimlərin qonşuluqdakı uşaq bağçasına köçürüldüyü, siyahıların dəqiqləşdirildiyi deyilir.
Hazırda ərazidə hüquq mühafizə orqanları işləyir. Onlar hadisə baş verən ərazini mühasirəyə alıb.
Hadisənin motivləri və onu törədənlər haqqında məlumat verilmir.
Alternativ mənbələr bildirir ki, əvvəlcə partlayış səsi eşidilib. Ondan sonra odlu silahdan atəşlər səslənib. Ölənlərin əsasən şagirdlər olduğu deyilir.
“Tatarİnform” hadisə yerindən ilk görüntüləri də yayıb.
[…] ki, 2 saat öncə yaydığımız xəbərdə ölənlərin sayının 13 nəfər olduğunu qeyd etmişdik. Məlumat müxtəlif mənbələrdən […]