Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı parlamentdə 5+BM görüşü haqqında danışdı

Ersin Tatar: Demokratiya bu deyil, sayğı, sevgi, xoşgörü, ölkə sevgisi belə olmamalıdır

Bayraqdar.info – Suveren, bərabərhüquqlu, yan-yana yaşayan iki dövlətin əməkdaşlığı və dünya birliyi tərəfindən eyni statusda qəbul edilməsi nəticəsində Kıbrısda razılaşma əldə edilə biləcəyini dedim.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Cenevrə toplantısına dair parlamentdə keçirilən dinləmələr zamanı deyib.

Xəbəri KKTC Cümhurbaşqanlığından veriblər.

Beş saat davam edən toplantının sonunda Cümhurbaşqanı E.Tatar və Cümhuriyyət Məclisi Başqanı Önder Sennaroğlu mətbuata açıqlama ilə çıxış ediblər.

Bu günə kimi hansı vəzifədə olmasından asılı olmayaraq eyni mövqedən çıxış etdiyini deyən E.Tatar Kıbrısda razılaşmanın əldə olunmasının suveren və bərabərhüquqlu iki dövlətin əməkdaşlığından keçdiyini söyləyib.

Bundan sonra hər hansı federasiyanın mümkün olmadığını da qeyd edən KKTC Cümhurbaşqanının “nə Kıbrıs keçmiş Kıbrısdır, nə də Doğu Ağdəniz keşmiş Doğu Ağdənizdir” sözləri isə xüsusi ilə maraqla qarşılanıb.

E.Tatar parlamentdəki partiyaları da aparılan bu mübarizəyə dəstək olmağa çağırıb: “Mən bu fürsəti əldə etmişəm. Hazırda bütün dünyaya iki dövlətli həll varinatının yeganə yol olduğunu bəyan edə bilirəmsə sizin də mənim əlimi güçləndirməniz lazımdır. Suveren hüquqlarla yan-yana yaşayan iki dövlətin əməkdaşlığı ilə Kıbrısda yeni bir zəminin formalaşmasına və haqlı mübarizəmizə siz də öz dəstəyinizi göstərməlisiniz”.

Cümhuriyyətçi Türk Partiyasının (CTP) toplantıya qatılmamasını düzgün saymayan E.Tatar deyib: “Demokratiya bu deyil. Sayğı, sevgi, xoşgörü, ölkə sevgisi belə olmamalıdır”.

İstər Mehmet Ali Talatın, istərsə də Mustafa Akıncının (hər ikisi CTP-nin şinelindən çıxıb – N.G) prezidentliyi dönəmində müzakirələr zamanı müxalifətdə olmalarına baxmayaraq, bütün toplantılara qatıldıqlarını deyən E.Tatar daha sonra bildirib: “Qatılımşılıq, çox səslilik; demokratiya bunu tələb edir”.

Mission News Theme by Compete Themes.