Press "Enter" to skip to content

Azərbaycanda COVID-19 əleyhinə peyvənd istehsalı müzakirə edilir

Bayraqdar.info – Azərbaycan da COVID-19 əleyhinə peyvənd istehsalçıları sırasına qoşulacaq.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mayın 10-da Bakıda Prezident İlham Əliyevin qəbulunda səsləndirdiyi fikirdən anlamaq olar.

Rusiya Xarici İşlər naziri Prezidentin qəbulunda olarkən bir sıra məsələlər yanaşı COVID-19-a qarşı mübarizə tədbirləri haqqında da danışıb.

“Bu günlərdə Azərbaycana “Sputnik V” peyvəndinin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir. Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu peyvəndin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”, – deyə S.Lavrov bildirib.

Qeyd edək ki, qardaş Türkiyə dövləti “Sputnik V” peyvəndinin istehsalı ilə bağlı qərarını artıq verib.

Daha bir qardaş ölkə – Qazaxıstan isə “QazVak” adı altında öz peyvəndini istehsal edir.

Azərbaycan peyvəndin istehsalçısı olmasa da bölgədə onun tətbiqində ən irəlidədir və artıq 1 milyon 600 mindən dozadan çox peyvənd vurulub.

Mission News Theme by Compete Themes.