Bayraqdar.info – “YAŞAT” Fondu bu günə qədər 87 qazini müalicə üçün Türkiyəyə göndərib. Onlardan 17-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Bu barədə bayraqdar.info-ya “YAŞAT” Fondundan məlumat verilib.
Məlumatda deyilir ki, ağır yaralanan daha 11 qazi müalicə üçün Fond tərəfindən Türkiyəyə göndərilib. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrini də Fond təmin edib: “Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq”.
Bildirilir ki, Fond həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsini təmin edir.