Press "Enter" to skip to content

Qazilər üçün iftar süfrəsi təşkil olunub

Son yeniləmə: 10 May 2021 13:41

Bayraqdar.info – Xalqımız ötən illərdən fərqli olaraq bu ilki Ramazan bayramını artıq qalib xalq kimi sonsuz iftixar hissi, fərəhlə qeyd edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu barədə qazilər üçün təşkil edilən iftar süfrəsi zamanı bildirilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şağan Reabilitasiya Pansionatında xidmət göstərilən qazilər üçün iftar süfrəsi təşkil edib.

Süfrə arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində tarixi zəfərindən, torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etməsindən bəhs olunub. Müqəddəs Ramazan ayının fəzilətlərindən söz açılıb. Ramazan bayramının cəmiyyətdə yüksək mənəvi dəyərləri, həmrəylik və xeyirxahlığı təbliğ edən bir bayram olduğu bildirilib.

Dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, postmüharibə dövründə onlarla bağlı icra olunan geniş sosial dəstək paketi vurğulanıb.

Son illərdə qazilər üçün müasir tələblərə uyğun reabilitasiya infrastrukturunun yaradılmasının onlara qayğının daha bir təzahürü olduğu bildirilib. Qeyd olunub ki, ölkəmizdə ən iri reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatı da bu ilin fevral ayında əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

İftar süfrəsində Pansionatda reabilitasiya xidmətləri ilə təmin olunan 30-dan çox qazi iştirak edib.

Mission News Theme by Compete Themes.