Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı hava limanı məsələsinə aydınlıq gətirdi

Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar bir müddətdir müzakirə edilən Lefkoşadakı Ercan hava limanının yerində inşa edilən yeni hava limanı ilə bağlı açıqlama verib. Daha doğrusu, yeni hava limanına Dr. Fazıl Küçük adının verilməsi təklifinin ondan gəlmədiyini deyib.

KKTC Cümhurbaşqanı bununla bağlı təklifin Dr. Fazıl Küçük Vəqfi tərəfindən irəli sürüldüyünü deyib: “Bu təklifə sayğı ilə yanaşıram. Ancaq mənim hava limanının adının dəyişməsi ilə bağlı qərar verdiyim doğru deyil. Bu məsələ ancaq Nazirlər Kabineti tərəfindən müzakirə edilə bilər”.

E.Tatarın açıqlamasında aşağıdakı sözlər də öz əksini tapıb: “Dr. Fazıl Küçük 1930-cu ildən 1974-cü il Kıbrıs Barış Hərakatına qədər olan dövrdə Kıbrıs Türk dirənişinin ən çətin günlərində bizə liderlik etmiş bir şəxsdir. Dr. Küçükün oğlu Mehmet Küçükün rəhbərlik etdiyi Vəqf Ercan hava limanının yerində inşa edilən və tamamlanmaq üzrə olan yeni hava limanına Dr. Fazıl Küçükün adının verilməsini iki ildir tələb etməkdədir”.

1974-cü ildə şəhid olan pilot minbaşı Fehmi Ercanın adının yaşadılmasına da böyük önəm verdiyini deyən Tatar daha sonra bildirib: “Vəqf heyəti mənimlə görüşdə məsələni bir daha gündəmə gətirdi. Ad dəyişikliyinin, həmçinin Ercan adının digər hava limanımız Geçitkaleyə verilməsi kimi bir formulla həyata keçə biləcəyini bildirdim.

“Ancaq bu qərarın Mülki Aviasiya Təşkilatı kimi müvafiq qurumların fikirləri alındıqdan sonra Nazirlər Kabineti tərəfindən verilə biləcəyini dedim. Mənim ad dəyişikliyi ilə bağlı qərar verməyimlə bağlı deyilənlər doğru deyil.

“Təəssüflər olsun ki, bəzi kəsimlər şəhidimiz Fehmi Ercan və liderimiz Dr. Fazıl Küçük adları üzərindən məni qaralamaq istəyirlər. Onların bu cəhdləri nəticəsiz olacaq. Çünki şəhidlərimizə və liderlərimizə sahib çıxmağı bizə kimsə öyrədə bilməz”.

Mission News Theme by Compete Themes.