Press "Enter" to skip to content

Qardaş ölkədən şəhid ailələri və qazilərə Ramazan hədiyyəsi

Son yeniləmə: 8 May 2021 11:17

Bayraqdar.info – Qardaş Türkiyənin “İstikbal” şirkəti tərəfindən Ramazan ayında gözəl bir addım atılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Nazirlik tərəfindən Qaradağ rayonundakı “Ümid” qəsəbəsində mənzillərlə təmin edilən bir qrup şəhid ailəsi və müharibə əlilinə şirkət tərəfindən Ramazan hədiyyəsi edilib:

“Sosial tərəfdaşlıq çərçivəsində şirkət həmin qəsəbədə mənzillə təmin olunmuş şəhid ailələri və müharibə əlillərinin bir hissəsinin mənzillərinin mebellə təminatını öz üzərinə götürüb. Onların mənzilləri yataq dəstləri, divan, kreslo və bu kimi digər mebel avadanlıqları ilə təchiz edilib”.

Ümumilikdə 26 ailəyə zəruri mebel avadanlıqları təqdim olunub ki, onlardan 12-si şəhid ailəsi, 14-ü isə Qarabağ müharibəsi əlilinin ailəsidir.

Mission News Theme by Compete Themes.