Bayraqdar.info – Mən milliyyətçi məktəbinin yetişdirməsi olan bir siyasətçiyəm. Kıbrısdta iki ayrı dövlətin ancaq bərabərhüquqlu əməkdaşlıq nəticəsində bir araya gələ biləcəyi qənaətindəyəm. Federasiya və birləşmiş bir Kıbrıs fikrinin heç bir gələcəyi yoxdur.
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar İzmir Ege Universitetinin Cenevrədə 5+1 (5+BM) formatında keçirilən qeyri-rəsmi toplantısı ilə bağlı təşkil etdiyi onlayn konfransda bildirib.
KKTC Cümhurbaşqanı Rum tərəfinin Avropa Birliyi (AB) üzvlüyünü cox istismar etdiyini deyib.
Dos. Dr. Altuğ Günalın moderatorluğu ilə keçirilən konfransa Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, həmçinin prorektorlar – Prof. Dr. Hakan Atılgan, Prof. Dr. Mehmet Ersan, çox sayda müəllim və tələbələr qatılıb.
Annan planına Kıbrısın türk kəsiminin dəstək verdiyi, rum kəsimin isə “yox” dediyini xatırladan E.Tatar bununla belə AB üzvlüyünə rumların qəbul edliməsini haqsız addım kimi dəyərləndirib: “O günden etibarən onsuz da qarışıq olan Kıbrıs məsələsi daha da qarışıq bir vəziyyətə gəldi. Rumlar verilen AB üzvlüyünü cox istismar etdi”.
KKTC Cümhurbaşqanı həmin dövrdrə Kıbrısa gələn Yunanıstan Baş nazirinin “əsas hədəflərinə – yəni Kıbrısın Yunanıstana birləşdiriləməsinə, əslində AB üzvlüyü vasitəsilə nail olduqlarını” söylədiyini xatırladıb. Qeyd olunub ki, rumların əsas məqsədi Kıbrısın yunan adası olmasına nail olmaqdır.