Press "Enter" to skip to content

DATÜB-dən ahıskalı şəhidləri tanıtmaq üçün yeni layihə

Bayraqdar.info – Dünya Ahıska Türkləri Birliyi (DATÜB) İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən axısxa (ahıska) türkü şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində yeni layihəyə başlayıb.

Bu haqda xəbəri bayraqdar.info-ya DATÜB mətbuat katibi Mövlud İşık verib.

Xəbərdə deyilir ki, layihə çərçivəsində DATÜB sədri Ziyaaddin Kassanovun təlimatı ilə 7 rayon və 4 kənddə şəhidlərin ailələri ziyarət ediləcək. Şabran, Quba, Zaqatala, Samux, Yevlax, Saatlı, və Sabirabad rayonlarından olan axısxa türkü səhidlərin valideynləri və doğmaları ilə video müsahibələr hazırlanacaq.

Mövlud İşık bildirib ki, DATÜB sədri Ziyaaddin Kassanov çıxışlarında hər zaman Azərbaycanın işğal altındakı vətən torpaqlarını azad etmək üçün canlarını qurban verən şəhidləri heç vaxt unutmayacağımızı deyib. Elə bu layihə də o fikirdən irəli gəlir.

Layihə çərçivəsində İkinci Qarabağ Savaşının axısxalı şəhidləri ilə bağlı hazırlanacaq 9 sənədli film həm Türkiyə və Azərbaycan televiziyalarında, həm də DATÜB-ün YouTube kanalında yayımlanacaq.

Əlavə edək ki, Azərbaycan vətəndaşı olan axısxalılar həmişə öz vətənpərvərliyi ilə seçilib. Digər azərbaycanlılarla yanaşı onlar da Vətən torpaqlarının azadlığı uğrunda savaşlarda həvəslə iştirak ediblər.

Axısxalılardan da kimisi şəhid olub, kimisi qazi. Bəzən də adı dillər əzbəri olan, əfsanəyə çevrilənlər də var aralarında. Bunlardan ən məşhuru xalq arasında “Topçu İsgəndər” kimi tanınan şəhid İsgəndər Aznavurov olub. 1-ci Qarabağ savaşında şəhadətə yüksələn Topçu İsgəndərin adı hələ də dillər əzbəridir. Onun qəhrəmanlıqları indinin özündə belə gənclər üçün örnək təşkil edir.

Mission News Theme by Compete Themes.