Press "Enter" to skip to content

Cümhurbaşqanı Ersin Tatardan GKK ilə bağlı önəmli sözlər

Bayraqdar.info – “GKK KKTC-nin təminatı, təhlükəsizliyinin yeganə qarantıdır. Dolayısı ilə bu şərəfli qurumun mücahidləri olaraq göstərəcəyiniz xidmətlərə görə öncədən sizləri təbrik edirəm. Hər şey vətən, bayraq və KKTC üçün deyirəm.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı deyib. Güvənlik Qüvvətləri Komandanlığının (Güvenlik Kuvvetleri Komutanlığı – GKK) nəzdində 44-cü dönəm əlavə xidmətə qəbul edilən zabit və çavuşların andişmə mərasiminə qatılan E.Tatar önəmli mesajlar verib.

Mərasimdə çıxış edən Cümhurbaşqanı gözəl və bacarıqlı övladlar yetişdirərək GKK-nin əmrinə və vətənin xidmətinə verdikləri üçün valideynlərə təşəkkür edib.

E.Tatar mücahidlərin vətən üçün, bayraq üçün, KKTC xalqının təhlükəsizliyi üçün bayraq və silah üzərinə əl qoyaraq and içdikləri üçün təbrik edib.

Türk Müqavimət Təşkilatının qurulmasından sonra müdafiə məqsədi ilə GKK-nın formalaşdırıldığını qeyd edən E.Tatar “GKK, KKTC-nin əbədi yaşaya bilməsi üçün önəmli bir qurumdur”, – deyib.

Mission News Theme by Compete Themes.