Press "Enter" to skip to content

“Xarıbülbül” də illər sonra Şuşaya qayıdır

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.

Bu barədə mayın 7-də Heydər Əliyev Fondu xəbər yayıb.

Xəbərdə deyilir ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

“32 ildən sonra Cıdır düzündə keçiriləcək bu dəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək. Xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq”, – deyə xəbərdə vuğulanır.

Xəbər verdiyimiz kimi, mayın 7-də Prezident İlham Əliyev Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. İşğaldan azad edildikdən sonra şəhərdə tikinti-bərpa işləri aparılır, onun köhnə şöhrətinin özünə qaytarılması üçün tədbirlər görülür. O baxımdan “Xarıbülbül” festivalının bərpası da diqqət çəkməyə bilməz.

Mission News Theme by Compete Themes.