Press "Enter" to skip to content

TRT-nin baş direktoru İbrahim Eren: Azərbaycan canımızdır, qanımızdır – ÖZƏL

İbrahim EREN

Son yeniləmə: 7 May 2021 07:46

TRT olaraq, Qarabağın işğalından bu günə qədər bölgədə yaşanan erməni zülmünü şahidlər vasitəsilə anladan və gerçək həyat hekayələrindən bəhs edən altı bölümlük bir sənədli film hazırlayırıq

Tarixdən ilham alan bu layihələrlə ortaq mədəniyyətimiz və dəyərlərimizi anlatmaq, xüsusilə də bu sahədə Türk televiziya sektorunda öndə olduğumuzu görmək bizim üçün xüsusilə dəyərlidir

Hər keçən gün artan televiziya, radio və rəqəmsal kanallarımızla dünyanın müxtəlif coğrafiyalarında yaşayan bütün türklərin beynəlxalq arenadakı səsi və üzü olaraq fəaliyyət göstəririk

Son illər öz uğurları ilə önə çıxan TRT eyni zamanda türk dünyasına yönəlik fəaliyyətləri ilə də fərqlənir. TRT-nin istehsal etdiyi film və seraillarda türk tarxinə xüsusi önəm verilməsi də diqqətdən yayınmır. Bəs, TRT bu sahədə daha hansı addımları atmaq niyyətindədir? Gələcək fəaliyyət planında Azərbaycanla bağlı nələr nəzərdə tutulur?

TRT Yönətim Qurulu başqanı ve baş direktoru İbrahim Erenin bayraqdar.info-ya özəl müsahibəsində həm bu, həm də digər suallara cavab aldıq:

Bayraqdar.info: Hörmətli İbrahim bəy, Sizin baş direktor təyin edilmənizdən sonra TRT-də türk dünyasının qəhrəmanlıq tarixindən, onun qəhrəmanlarının həyatından bəhs edən serialların çəkilməsinə xüsusi önəm verilir. Eşitmişik ki, bəzən bu cür serialların çəkilməsi zamanı öz fikir və məsləhətlərinizi də verirsiniz. Türk dünyasına verdiyiniz bu önəm eyni zamanda Sizin şəxsinizin bu tarixlə və qəhrəmanlarla daha yaxından maraqlanmağınızdan qaynaqlanmır ki?

İbrahim Eren: 2013-cü ildə TRT-yə baş direktor müavini təyin olunmazdan öncə idarəçilikdən kənar yapımçı ve yayınçı kimi sənədli filmlərdən animasiya filmlərinə qədər bir çox fərqli sahədə fəaliyyət göstərmişəm. Bu vəzifələrdə “işin mətbəxi” adlandırdığımız istehsal mərhələlərində fəal rol aldığım üçün xüsusi təcrübə qazanmışam.

Bu təcrübə özünü 4 ildir böyük bir qürur hissi ilə davam etdirdiyim baş direktorluq dönəmində istehsal etdiyimiz serialların hazırlanması zamanı da göstərir. Dünyanın nüfuzlu yayın orqanlarından olan TRT-nin Yönətim Qurulu başqanı olaraq idarəmiz altında olan bir çox televiziya və radio kanalının fəaliyyəti ilə bağlı önəmli çalışmalarımız var. Ancaq bununla belə qurumumuzun üzü olan serialların çəkilişi zamanı senariləri şəxsən oxuyaraq qeydlər aparmağı xoşlayıram.

Hər bir serialın ekrana çıxmazdan öncə istehsal mərhələsində yaşanan həyəcanı, təcrübəli və işinin öhdəsindən layiqincə gələn iş yoldaşlarımla birlikdə bölüşməyi bu qədər stresli və çətin işin ən zövqlü qismi olaraq görürəm. Türk dünyası və tarixi məsələləri isə bizim əksər layihələrimizdə xüsusi önəm verdiyimiz, önə çıxardığımız mövzular sırasındadır. Tarixdən ilham alan bu layihələrlə ortaq mədəniyyətimiz və dəyərlərimizi anlatmaq, xüsusilə də bu sahədə türk televiziya sektorunda öndə olduğumuzu görmək bizim üçün xüsusilə dəyərlidir.

Bayraqdar.info: TRT-nin bu serialları eyni zamanda dünyada da böyük əks-səda doğurur. Aprelin 1-dən yayımlanan “Bir Zamanlar Kıbrıs” serialı isə TRT-nin türk dövlətlərinin azadlıq və qəhrəmanlıq mübarizəsini də diqqətdə saxladığına işarə edir. Bu istiqamətdə digər türk dövlətlərinin və xalqlarının da müstəqillik və qəhrəmanlığından bəhs edən serialların çəkilməsini planlaşdırırsınızmı?

İbrahim Eren: Türkiyə Radio Televiziya Qurumu olaraq, Türkiyə qədər içində olduğumuz türk dünyasının ortaq insani dəyərlərinin, mədəni və ədəbi zənginliklərinin, qədim və güclü tarixinin bir təmsilcisi və yayınçılıqdakı markası olaraq fəaliyyət göstərdiyimizin fərqindəyik. Bu məsuliyyətdən irəli gələrək hər keçən gün artan televiziya, radio və rəqəmsal kanallarımızla dünyanın müxtəlif coğrafiyalarında yaşayan bütün türklərin beynəlxalq arenadakı səsi və üzü olaraq fəaliyyət göstəririk.

Onu da deyim ki, 9 mart 2020-ci ildə türk dünyasının UNESCO-su olan TÜRKSOY tərəfindən qurumumuza Çingiz Aytmatov medalı təqdim edildi. Bu medalı böyük qürur və fəxr hissi ilə şəxsən qəbul etdim.

Geniş Türk coğrafiyası iləTürkiyə arasındakı tarixi və mədəni bağları güçləndirmə görəvini bu gün böyük məsuliyyətlə yerinə yetiririk. Buna görə də türk dünyasının ortaq iradəsinə əlavə güç qazandırmaq məqsədilə sənətdə, ədəbiyyatda türk varlığının daha geniş şəkildə təbliği istiqamətində fəaliyyətimizi hər keçən gün daha da genişləndiririk.

“Diriliş Ertuğrul” ilə ekranlarda türk tarix şüurunun bilinci anlayışını başlatdığımız seriallarımız “Mehmetçik Kut’ül Amare”, “Alija”, “Payitaht Abdülhamit” və bu gün yenə izlənmə rekordu qıran “Uyanış Büyük Selçuklu”və “Bir Zamanlar Kıbrıs”serialları ilə davam edir.

Üstəlik bu seriallarımız sadəcə yayınlandığı türk dünyası ölkələrində deyil, Avropadan Asiyaya qədər bir çox ölkə xalqı tərəfindən izlənərək, türklərin şərəfli tarixi haqqında dünyaya önəmli mesajlar verir. Gənclərimiz tarixə daha çox maraq göstərir, hər yaşdan olan insanımız bu seriallarla unudulan dəyərlərimiz haqqında məlumat əldə edir. Bu maraq sayəsində köklərinə bağlı, tarixinə dəyər verən, birlik və bərabərliyini daha da gücləndirən türk dünyası anlayışına xidmət edirik. Dolayısı ilə qədim tariximizdən bəhs edən həm serial, həm də film layihələrimiz davamlı olacaq.

Bir Zamanlar Kıbrıs

Bayraqdar.info: TRT tərəfindən Azərbaycanın Vətən müharibəsi və Qarabağ mövzulu bir serialın hazırlanması mümkündürmü?

İbrahim Eren: Əlbəttə, Azərbaycanla bağlı yapımlar keçmişdə olduğu kimi bu gün də bizim gündəmimizdədir. TRT bütün televiziya kanalları və xüsusi olaraq da türk dünyasına yayınlar edən TRT Avaz kanalı ilə Azərbaycanın həm tarixi, həm də bu günü ilə bağlı hər bir məsələsinə həssaslıqla yanaşan yapımlar hazırlayır.

TRT Avaz Bakını erməni işğalından qurtaran Qafqaz İslam Ordusunun böyük zəfərini və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 2018-ci ildə 100-cü, 2019-cu ildə 101-ci ilinin çox gözəl proqramlarla canlı olaraq yayımlayan tək beynəlxalq televizya kanalıdır.

Pandemiya səbəbi ilə 2020-ci ildə bu cür verilişlər onlayn formatda yayınlansa da, eyni zamanda hazırlanan silsilə proqramlarla Qarabağ məsələsinə xüsusi diqqət yönəldilib. Bununla da türk dünyasının bu məsələdəki mövqeyi bütün dünyaya canlı yayınla çatdırılıb.

Bundan başqa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın üç şeiri ilk dəfə TRT tərəfindən bəstələnərək Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun şeirləri ilə birlikdə Cümhurbaşqanlığı Simfonik Orkestri tərəfindən gözəl bir premyara ilə dinləyicilərə çatdırılıb.

Həmçinin TRT Qafqaz İslam Ordusundan bəhs edən bir sənədli film çəkib. TRT-nin mədəniyyət və sənət kanalı olan TRT-2-də Azərbaycan ədəbiyyatından bəhs edən “Edebiyat Söyleşileri”, “Kelimeler ve Şeyler” kimi ədəbi mövzulu proqramlarımız da tez-tez tamaşaçılara təqdim edilir.

“Tarih Söyleşileri” proqramımızda Azərbaycanın dünəni və bu gününə dair çox önəmli məlumatların yer aldığı tarix söhbətləri fərqli bölümlərdə təqdim edilir. Bununla yanaşı azərbaycanlı rejissorların çəkdiyi “Pomegranate Orchard (Nar Bağı)”, “Buta” adlı filmlər də tamaşaçılarımıza təqdim edilib. Mirbala Səlimlinin “Kırmızı Bahçe” (Qırmızı Bağça) adlı filmi isə 7 may 2021-ci il tarixində televiziyada ilk dəfə məhz TRT-2 ekranlarında olacaq.

Məlum olduğu kimi bir müddət öncə Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfər etdi. Bu səfər çərçivəsində TRT-yə də gələn A.Kərimov ilə Azərbaycan və Türkiyə arasında serial çəkilişi, mədəniyyət, sənət, media kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinə hesablanmış yeni birgə çalışmalara dair müzakirələr apardıq.

İki ölkədən istehsal qrupları formalaşdırılaraq həyata keçiriləcək ortaq istehsallarla bağlı önəmli fikir mübadiləsi apardıq. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə daha konkret addımlar atmağa başlayacağıq.

Eyni zamanda fürsətdən istifadə edib yeni bir sənədli filmin çəkildiyinə dair məlumat vermək istəyirəm. TRT olaraq Qarabağın işğalından bu günə qədər bölgədə yaşanan erməni zülmünü şahidlər vasitəsilə anladan və gerçək həyat hekayələrindən bəhs edən altı bölümlük bir sənədli film hazırlayırıq. Sənədli filmin istehsal mərhələsi başa çatmaq üzrədir. Bu il ərzində TRT Avaz kanalımızda yayınlanması planlaşdırılır. Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan Az.TV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm. Bundan başqa Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdırmaqda davam edəcəyik. Biz Azərbaycan üçün nə qədər çox iş görsək də daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi, “İki dövlət, tək millət”ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Hər zaman bu duyğu və məqsədlə hərəkət edirik. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqlı səsini, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik.

Bayraqdar.info: 31 mart tarixində Türk Şurası Dövlət Başçıları Zirvəsi önəmli qərarlarla tarixdə qaldı. Bu Zirvə türk dünyasının yeni dönəmə girdiyini də sərgilədi. TRT olaraq yeni dönəmdə türk dünyasının televiziya, xəbər, mədəniyyət baxımından daha da bir olması üçün təklifləriniz varmı?

İbrahim Eren: Türk Şurası Dövlət Başçıları Zirvəsinə bu il damğasını vuran məsələ əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfər oldu. Bununla birlikdə Sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın Kıbrıs türklərinə qarşı həssas yanaşması və oradakı qardaşlarımıza da dəstəyin əsirgənməməsinə dair vurğusu önəmli idi.

Bu gün artıq daha güçlü bir quruluşa malik olan Türk Şurasının daha da güclənməsi üçün yeni baxışlı bir yol xəritəsi üzərində dayanılıb. Bu zaman müəyyən edilən strategiyalarda mədəni əlaqələr və media ortaqlığı önə çıxır.

Türk Şurasında media sahəsində dilə gətirilən və TRT olaraq həyata keçirməyi nəzərdə tutduğumuz bütün məsələlərdə ən üst səviyyələrdə fəaliyyətlərimiz davam edir. Biz TRT ailəsi olaraq, bu yeni baxışa faydalı olacaq hər cür dəstəyi verməyə hazırıq.

Türk dünyasını güçləndirəcək bu media əlaqələrində əsas hədəfimiz gələcək nəsillərə türk dünyasının dəyərini və böyüklüyünü anladaraq ortaq bir tarix və mədəniyyət şüuru formalaşdırmaqdır. Bu baxımdan TRT olaraq Ramazan ayında yayına girən yeni bir serial ilə diqqət çəkən bir layihəyə imza atırıq.

Türk dünyasının mənəvi paytaxtlarından biri olan Türküstanda anadan olduğu deyilən ilk türk mütəsəvvüfü Xoca Əhməd Yasəvinin həyatından bəhs edən bu serialımız Ramazan ayında TRT1 ekranlarında yayınlanmağa başladı. Türk-islam düşüncəsinin məşəlini yandıran Xoca Əhməd Yasəvi əxlaq və irfan örnəkli bir aydın olaraq fikirlərini gənc nəsillərə ötürüb, türk dünyasının səmimiyyət mədəniyyətini geniş coğrafiyalara yayıb.

Türk Şurası Dövlət Başçıları Zirvəsindəki birlik mesajlarımızı ən gözəl şəkildə dilə gətirən ortaq dəyərimizə dair bu serialın həm türk dünyasında, həm də beynəlxalq arenada böyük əks-səda doğuracağını düşünürük. Açığı, diqqət çəkən böyük istehsalla gerçəkləşən bu tərz yapımların və türk dünyasındakı televiziya sektoru ilə işbirliklərinin yeni dönəmdə daha çox gündəmə gətirilməsi lazımdır. Tarix səhifələrinə sığdırıla bilməyən dastan olacaq olaylar, yaxud da onlarla sətirlik bir düşüncə, bir xarakterin tək bir baxışı, tək bir replikası ilə və görsəl bir şölənin bərabərində səhnələrlə izləyicilərinə sanki o tarixdə, o tarixi şəxsiyyətlərlə yaşayırmış hissi verilərək daha təsirli bir şəkildə anladıla biləcəyini düşünürəm.

Bayraqdar.info: TRT artıq tək bir kanal deyil, böyük bir TV şəbəkəsidir. Dünyanın fərqli dillərində, fərqli bölgələrində ən öndə gələn kanallarla eynı səviyyədə izlənməkdədir. Belə bir uğura görə nəyə borclu olduğunuzu hesab edirsiniz?

İbrahim Eren: TRT Türkiyənin dinləyici və tamaşaçı hafizəsini formalaşdıran, yüz ilə yaxın bir yayınçılıq təcrübəsinə sahib, dünyanın seçilən yayın orqanlarından biridir. 6 may 1927-ci ildə ilk radio və 31 yanvar 1968-ci ildə ilk televiziya yayını ilə fəaliyyətə başlayan TRT deyincə bu gün dünyanın 7 qitəsində 17 televiziya, 16 radio kanalı və rəqəmsal platformları ilə 41 dil və ləhcədə proqramlar hazırlayan bir yayın quruluşundan bəhs edirik.

Bizim bu uğurumuzun arxasında keçmişdə əldə etdiyimiz təcrübə ilə birlikdə son vaxtlar bütün yayınçılıq anlayışımızın təməlini təşkil edən insan və dəyər yönümlü yanaşmamız var. Qurum olaraq atdığımız hər bir addım, həyata keçirdiyimiz hər bir yayın, verdiyimiz hər bir xəbər zamanı bu prinsipi öndə tuturuq: “Özü, Sözü İnsan”.

Keçmişdən aldığımız ilham və müasir zamanın tələblərinə uyğun bu anlayışla dünyada bərabəri olmayan yeni bir yayınçılıq üfüqü açırıq. Həm ölkəmiz, həm də türk dünyası baxımından çiyinlərimizdəki yükün, vəzifəmizin fərqində olaraq hərəkət edirik. Dünyanın hər yerinə çatan radio kanallarımız, xəbər, idman, uşaq, çocuq, sənədli filmlər, mədəniyyət-incəsənət və musiqi kanallarımız, TRT Avaz, TRT World, TRT Deutsch, TRT Russian kimi fərqli dil və ləhcələrdəki rəqəmsal platformalarımızla insan və dəyər əsaslı bir gələcəyin inşasında üzərimizə götürdüyümüz vəzifəyə uyğun bir şəkildə dayanmadan fəaliyyət göstəririk.

Yayınçılıqdakı təcrübəmizlə həm millətimizin sevəcəyi, həm də beynəlxalq aləmdə təsirli olacaq işlər planlaşdırır və həyata keçiririk. Bütün bunlar üçün isə TRT-nin kadr heyətindəki qiymətli və böyük heyətlə 7/24, bayram, tətil nədir bilmədən çalışırıq. Sanıram ki, başarımızın ardındakı ən böyük səbəb fədakarlıq istəyən bu iş intizamıyla birlikdə bizi sürəkli zirvəyə daşıyan izləyicilərimizdən aldığımız gücə bağlıdır.

Onu da deyim ki, TRT Türkiyənin ən önəmli media platforması olması ilə yanaşı həm Avrupa Yayın Birliyi (EBU), həm də Asiya Sakit Okean Yayın Birliyinin (ABU) ən böyük yayınçıları arasında üstün bir yerə sahibdir. Bu il ABU-ya rəhbərliyi biz edirik. Bu da bizim yayınçılığımızın bütün platformalardakı uğuru ilə birlikdə beynəlxalq arenada təsir dairəmizin güclü və geniş olduğunun göstəricisidir.

Bayraqdar.info: TRT kanalları Azərbaycanda da çox sevilir. Xarici (əslində TRT-yə xarici deyilməsi də yanlışdır) kanallar arasında TRT ən çox maraq göstərilən kanaldır. Özünüzü sevdirməyi, tamaşaçılar qazanmağı bacarmısınız. Azərbaycan tamaşaçısının TRT-ni bu qədər çox sevməsinin səbəbi nə ola bilər?

İbrahim Eren: Mərkəzində insan və insan dəyərləri dayanan bir yayınçılıq anlayışı ilə çalışırıq. Bu da bizim yayınlandığımız hər bir coğrafiyada sevilən televiziya kanalı olmağımıza səbəb olur. Amma xüsusilə “İki dövlət, bir millət” olaraq tarixi və mədəni bağlarımızla qardaş olduğumuz Azərbaycan xalqı tərəfindən də türk xalqı tərəfindən olduğu qədər sevilməyin TRT üçün dəyəri ölçüyəgəlməzdir.

Qarşılıqlı qardaşlıq bağı bizi hər zaman bir-birimizə daha da yaxın edib, ortaya qoyduğumuz bir çox əsəri xüsusi bir təbliğata ehtiyac olmadan Azərbaycan kanallarında yayınlaya bilmək rahatlığı yaradıb. TRT-nin istehsal etdiyi bir çox uşaq proqramı, sənədli film və serial hazırda Azərbaycan kanallarında yayınlanır. Heç şübhəsiz ki, bu durum TRT-nin daha çox izlənməsinə də müsbət təsir göstərir.

2009-cu ildən etibarən TRT ailəsi içində yer alan TRT Avaz bunun ən gözəl örnəyidir. TRT Avaz 12 ildir öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirərək həm qurumumuzun sərhədləri aşan təsirinin, həm də türksoylu xalqlarla qardaşlıq duyğusunu gücləndirmək üçün önəmli bir rol oynayır. “Dildə, fikirdə, işdə birlik” fəlsəfəsini yayın siyasətinin mərkəzində tutan TRT Avaz, Azərbaycanın bütün önəmli məsələlərində adətən bölgənin özəl bir kanalı kimi hərəkət edərək fəaliyyət göstərir.

Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyatından bəhs edən sənədli filmlə yanaşı Qafqaz İslam Ordusunun qəhrəmanlıq hekayəsini anladan tarixi sənədli film Azərbaycan xalqı tərəfindən çox sevilib və dəyərləndirilib. Həmçinin qardaşlıq bağlarından gələn bir inamla sahib çıxdığımız, Azərbaycan milli kimliyini inşa edən önəmli fikir və düşüncə insanlarından Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan Bəy Topçubaşı, Almas İldırım, Həsən Bəy Zərdabi kimi bir çox şəxslərdən bəhs edən proqramlar Azərbaycan tamaşaçısının könlündə taxt qurmağımıza təsirli olub.

İkinci Qarabağ müharibəsi müddətində olanları bütün kanallarımızdan yayınlarla dünya gündəmində tutaraq bu istiqamətdə fəallığımızı qorumağımız, bir media orqanı olaraq bu haqq davasında hər zaman Azərbaycanın yanında olmağımızı vurgulamağımız bu könül bağının daha da güclənməsinə təsirli oldu.

Bayraqdar.info: Azərbaycan və digər türk ölkələrindəki TV kanalları ilə əlaqələriniz nə qədər genişdir? Bu istiqamətdə yeni addımların atılması gözlənilirmi?

İbrahim Eren: Yayınçılıq təcrübəsi və fərqli məzmunlu kanalları ilə beynəlxalq arenada təsirli olan TRT türk dünyasının da öndə gedən media qurumu görəvini daşıdğının fərqində olaraq bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün daim çalışır. Biz bu istiqamətdə fəaliyyətimizi daha da uğurlu şəkildə davam etdirəcək, türk dünyası ölkələrinə bütün sahələrdə media dəstəyini göstərəcəyik. Buna ən gözəl örnək Türk Şurasına üzv ölkələrin TRT Avaz tərəfindən qurulan ortaq bir platforma üzərindən verilişlər verə bilməsi, həmçinin Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan təmsilciliklərimizdəki imkanlarla türk dünyasındakı məsləkdaşlarımıza dəstək verilməsini deyə bilərəm.

Pandemiya müddətində Azərbaycan televiziya kanalları ilə TRT Avaz və TRT Haber arasında da gözəl bir dayanışma yaşandı. Azərbaycanın Az.TV və İctimai TV kanalları ilə TRT Avaz arasında qarşılıqlı proqramlar hazırlandı. TRT, TRT Avaz studiyalarını Azərbaycan kanallarına açaraq Az.TV-nin buradan canlı yayınlar etməsi üçün bütün imkanlarını səfərbər etdi.

TRT və Az.TV arasında anlaşma imzalanması

Qardaş media quruluşları olaraq davam edən bu pandemiya müddətində bir-birimizə dəstək olduq. Olmağa da davam edirik. Eyni qaydada TRT-nin istehsal etdiyi bir çox filmlər, seriallar Azərbaycan kanallarında da verilir. Buna misal olaraq bir neçəsini saymaq lazımdırsa, dünyanın bir çox ölkəsində izlənmə rekordu qazanan “Diriliş Ertuğrul” serialının 2020-ci ildən etibarən Az.TV, “Halka” serialının, “Büyük Sürgün Kafkasya” və “Seddülbahir 32 Saat” adlı filmlərin isə İctimai TV-də yayınlanmasını deyə biləik. Eyni zamanda onu da deyim ki, Türkiyədə izlənmə rekordları qıran bir çox filmimizin də Azərbaycan televizya kanallarında yayınlanması üçün yaxın vaxtlarda razılaşma imzalanacaq.

Mission News Theme by Compete Themes.