Press "Enter" to skip to content

Magistratura imtahanlarına sənəd qəbulu başa çatır

Son yeniləmə: 7 May 2021 15:33

Bayraqdar.info – Magistraturaya qəbul imtahanında iştirak etmək üçün ərizələrin qəbulu aprelin 30-dan başlayıb və 8 may saat 23:59-dək davam edəcək.

Bu haqda Dövlət İmtahan Mərkəzinin mayın 7-də yaydığı xəbərdə deyilir.

“2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istəyirlərsə, “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçməlidirlər”, – deyə DİM bildirir.

DİM onu da bildirir ki, ilk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilər. Onlar mərkəzin internet saytının müvafiq səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği əlavə etməlidirlər.

“Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə internet səhifəsində tanış olmaq mümkündür. Bu, bakalavrlarda da eynilə belədir. “Bakalavrın elektron ərizəsi” forması doldurulur və təsdiq edilir (etdirlir). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar”, – deyə DİM-in xəbərində bildirilir.

Həmçinin, o da qeyd edilir ki, imtahan 2021-ci il mayın 26-da 3 saat ərzində keçiriləcək (Respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər).

Mission News Theme by Compete Themes.