Press "Enter" to skip to content

“Dərs vaxtı”nda STEAM dərsləri keçiriləcək

Bayraqdar.info – “Mədəniyyət” TV-nin efirində “Dərs vaxtı” verilişində Azərbaycan və rus bölmələri üçün məntiqi düşüncə, əməkdaşlıq, yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirən STEAM dərslərinə başlanılacaq.

Bu barədə mayın 7-də Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, fənlərarası öyrənmə və inteqrasiyanı əsas götürən STEAM metodologiyası, (robototexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, nanotexnologiya, biotexnologiya, mühəndislik, biomimikriya və s.) modullarla bağlı dərslər şagirdlərə təcrübələr aparmağa kömək edəcək.

“Layihənin məqsədi XXI əsr bacarıqlarının – yaradıcı və bədii düşüncə, əməkdaşlıq etmək, həmçinin ünsiyyətin inkişaf etdirilməsinə yönəlib. Bundan başqa, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə etmək qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə, sahibkarlıq təfəkkürünün təşviq edilməsidir”, – deyə Nazirlik bildirir.

Mission News Theme by Compete Themes.