Press "Enter" to skip to content

AVRO-2020-nin kuboku Bakıya gətirilib

Son yeniləmə: 7 May 2021 15:58

Bayraqdar.info – AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib və mayın 7-də Prezident İlham Əliyevə təqdim edilib.

AVRO-2020 kubok turu bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Məlumatı Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

Məlumatda bildirilir ii, kubok mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone Kuboku” adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Daha sonra kubok Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Məlumatda o da qeyd edilir ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mission News Theme by Compete Themes.