Press "Enter" to skip to content

Yerli səviyyəli xidmətlərdə də ASAN standartları

Son yeniləmə: 6 May 2021 12:18

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb.

Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.

Məlumatda deyilir ki, yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərdə “ASAN standartları”nın tətbiq edilməsi, o cümlədən bu xidmətlərin “ASAN standartları”nda hazırlanması və sadələşdirilməsi nəzərdə tutulub.

Həmçinin, bu xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal icra hakimiyyəti” portalını qurmağa başlayıb.

Regional rəqəmsal hökumət quruculuğunun yekun hədəfi qərar qəbuletmə prosesində çevikliyin artırılması, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsidir. Eyni zamanda müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çevikliyi və səmərəliliyi təmin etməkdir.

Bu məqsədlə Gəncə şəhəri, Quba və Masallı rayonlarında pilot layihə olaraq müvafiq işlərin görülməsinə başlanılıb. Layihə çərçivəsində vətəndaşlara müvafiq təlimlərin keçilməsi də nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.