Son yeniləmə: 6 May 2021 15:39
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. İctimai iaşə və turizm obyektləri istisna olmaqla, digər sahibkarlıq subyektlərində mayın 4-də keçirilən monitorinqlər zamanı sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, növbəti monitorinqlər zamanı ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.