Press "Enter" to skip to content

“Qarabağ abidələri” adlı rəsm və əl işləri müsabiqəsi

Son yeniləmə: 6 May 2021 12:11

Bayraqdar.info – “Qarabağ abidələri” Respublika onlayn rəsm və əl işləri müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, müsabiqəyə 100-ə yaxın təhsil müəssisəsindən 300-dən çox rəsm və əl işi daxil olub.

Müsabiqə məktəb şagirdləri, uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri, həmçinin rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlərin iştirakı ilə keçirilib.

“Üç yaş qrupu (8-10, 11-14, 15-17) və iki nominasiya (“Rəsm” və “Əl işləri)” üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. Müsabiqənin nəticələrinə əsasən, 17 nəfər I, 18 nəfər II, 17 nəfər III yerə layiq görülüb, 46 nəfər fəal iştirakına görə diplomla təltif olunub”, – deyə məlumatda bildirlir.

Nazirlik qeyd edir ki, onlayn təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Mission News Theme by Compete Themes.