Son yeniləmə: 6 May 2021 10:42
Bayraqdar.info – Mayın 6-da Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat turniri öz işinə başlayır. Mayın 5-də yarışı idarə edəcək hakimlər üçün seminar keçirilib. Seminarda olimpiya kateqoriyalı hakim Asif Şirəliyev də iştirak edib.
Məlumat Azərbaycan Güləş Federasiyasından verilib.
Məlumatda bildirilir ki, seminarda turnirin həm güləşçilər, həm də hakimlər üçün Olimpiadada iştirak uğrunda sonuncu şans olduğu qeyd edilib.
“Ona görə də ədalət təmsilçilərindən görüşləri idarə edərkən maksimum diqqətli olmaları tələb edilir. Bu yarışda ən yaxşı idarəçiliklə seçilən hakimlər Tokio Olimpiadasında da ədaləti qorumaq hüququ əldə edəcək”, – deyə seminar iştirakçılarına bir daha xatırladılıb.