Press "Enter" to skip to content

“Azərişıq”: Şimal-qərb regionunda 16 yarımstansiya yenidən qurulub

Son yeniləmə: 6 May 2021 15:51

Bayraqdar.info – Son bir il ərzində “Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin (RETSİ) xidməti ərazisində 16 ədəd yarımstansiya yenidən qurulub, iki ədəd yeni yarımstansiya tikilərək istismara verilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən mayın 6-da bildirilib ki, “Şimal-Qərb” RETSİ-nin struktur tərkibindəki Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxı Elektrik şəbəkələrinin xidməti ərazilərində olan istehlakçıların təmin olunması məqsədilə işlər davam edir. Xüsusilə də, əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi işinə diqqət yetirilir.

“Azərişıq”ın məlumatında daha sonar bildirilir ki, son bir il ərzində “Şimal-Qərb” RETSİ-nin xidməti ərazisində 16 ədəd yarımstansiya yenidən qurulub. İki ədəd yeni yarımstansiya tikilərək istismara verilib. Hava elektrik veriliş xətləri, transformator məntəqələri yenilənir.

“Xüsusilə kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi tamamilə yenidən qurulur. Naqillər, dayaqlar və Komplekt Transformator Məntəqələri (KTM) yenilənir. Son bir il ərzində 4 yaşayış massivinin 0.4 kV-luq şəbəkəsi izolyasiyalı naqillə tam şəkildə yenidən qurulub. 18 yaşayış massivində isə 10/6/0.4 kV-luq şəbəkədə yenidənqurma işləri aparılıb. Açıq tipli naqillərin izolyasiyalı kabellərlə əvəz olunması və sayğacların həyətlərdən çıxarılaraq küçə divarlarına quraşdırılması sayəsində itkilərin azaldılmasına nail olunur”, – deyə məlumatda bildirilib.

Məlumatda o da qeyd olunub ki, Şimal-Qərb RETSİ-si üzrə 202 min 261 əhali, 19 min 531 qeyri-əhali olmaqla, ümumilikdə 221 min 792 abonent elektrik enerjisi ilə təmin edilir.

Mission News Theme by Compete Themes.