Press "Enter" to skip to content

“YAŞAT” Fondu daha iki şəhid övladının xərclərini qarşıladı

Son yeniləmə: 4 May 2021 17:47

Bayraqdar.info – “Şəhidimiz Azər Əliyevin Ağcabədi şəhərində doğulan övladı Əlinin, şəhidimiz Anar Qorçuyevin Sumqayıt şəhərində doğulan övladı Anarın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub.”

Bu barədə bayraqdar.info-ya “YAŞAT” Fondundan məlumat verilib. Məlumatda deylir ki, dünyaya yeni göz açan körpələrin adına 5 min manatlıq hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Mission News Theme by Compete Themes.