Son yeniləmə: 4 May 2021 17:08
Bayraqdar.info – Qobustan Milli Tarix-Bədii Qoruğu 18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar məktəblilər arasında “Qobustan abidələri” mövzusunda esse müsabiqəsi elan edib.
Qoruqdan bildirilib ki, müsabiqədə bütün yaş qruplarından olan məktəblilər iştirak edə bilər.
“Esselər Azərbaycan dilində təqdim olunmalıdır. Hər müəllif müsabiqədə yalnız bir esse ilə iştirak edə bilər. Müsabiqəyə heç bir mətbuat orqanında çap olunmamış esselər buraxılır. Təqdim edilən esselər “Microsoft Word” proqramında A4 formatda, “Times New Roman” 14 şriftində yığılmalı, 300-500 söz həcmində olmalıdır”, – deyə xəbərdə bildirirlir.
Həmçinin qoruqdan o da bildirlir ki, müsabiqəyə qatılacaq esselər essenin adı, müəllifin adı və soyadı, təhsil aldığı müəssisənin adı və ünvanı, müəllifin elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd edilməklə mayın 10-dək qobustanqoruğu@heritage.gov.az elektron poçt ünvanına göndərilməlidir.
“Müsabiqənin məqsədi məktəblilərin diqqətini Azərbaycan tarixində əvəzsiz yer tutan, zəngin mədəni irsimizin ən möhtəşəm nümunələrindən biri olan Qobustan abidələrinə yönəltmək, onları abidəni öyrənməyə və təbliğinə sövq etməkdir”, – açıqlamada deyilir.
Müsabiqənin qalibləri Qobustan Milli Tarix-Bədii Qoruğunun mükafat və diplomları ilə təltif olunacaqlar.