Press "Enter" to skip to content

Qarabağ qaziləri ölkə başçısına müraciət etməli oldu

Qarabağ savaşının sonucu

Son yeniləmə: 4 May 2021 20:37

Bayraqdar.info – “Qarabağ Qaziləri” İctimai Birliyi son günlər qazilərlə bağlı Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq idarələrinin yaratdığı problemlərlə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bu haqda məlumatı qurumdan veriblər.

Qaziler.az saytında dərc edilmiş geniş müraciətdə adı keçən qurumların bəzi hallarda qazilərə süni problemlər yaratdığı qeyd edilir.

Müraciətdə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun Vətən torpaqlarını işğaldan azad etməsindən təqdir edilir. Eyni zamanda bu qələbədə rolu olanlar üçün dövlətin gördüyü işlərdən razılıq ifadə olunur.

Eyni zamanda vurğulanır ki, bütün bunlarla yanaşı Qarabağ qazilərinin əlilliyinin təyin edilməsində, təqaüdlərinin ödənməsində anlaşılmaz və əsassız maneələr törədilir.

Qarabağ qaziləri Ali Baş Komandanı bu süni problemlərin həllində gərəkli addımlar atmağa çağırır.

Sözügedən müraciətin mətni ilə qaziler.az saytında tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.