Press "Enter" to skip to content

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş edib

Bayraqdar.info – Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş edib.

Xəbəri aprelin 4-də DTX yayıb.

Bildirilir ki, yürüş iştirakçıları əvvəlcə Qızıl Qaya massivinin ətəklərində düşərgə salıblar.

Sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq iştirakçılar bütün maneələri dəf edərək tam heyətdə, müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda “Heydər zirvəsi”nə çıxıblar.

“Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, Dövlət Təhlükəsizliyi Xidmətinin adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirmişdir”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.