Press "Enter" to skip to content

“Bir Könüllü” – “Avro-2020 Könüllü Kuboku”nun qalibi

Son yeniləmə: 4 May 2021 17:17

Bayraqdar.info – AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan könüllü təşkilatları arasında təşkil olunmuş “Avro-2020-nin Könüllü Kuboku” turnirinin final oyunu keçirilib.

Bu barədə AFFA-dan məlumat verilib. Məılumatda bildirilir ki, Bakı Olimpiya Stadionunun “Sportster Arena” meydançasında təşkil olunmuş final oyununda Təhsil Nazirliyinin “Bir Könüllü” Tələbə Proqramı təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin “Turizm Könüllüləri” təşkilatı qarşılaşıb.

Həlledici oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən “Bir Könüllü”lər “Könüllü Kuboku”nun qalibi olub.

Xəbərdə daha sonra deyilir ki, mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Təhsil Nazirinin muavini, Tələbə Futbolu Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, Avro-2020-nin səfiri Vəli Qasımov, Avro-2020 Bakı Könüllülərinin səfiri Taleh Yüzbəyov iştirak edib.

Qalib komandaya kuboku Firudun Qurbanov təqdim edib.

Açıqlamada o da qeyd edilib ki, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlağı çərçivəsində keçirilən və aprelin 20-dən başlanan turnirdə ümumilikdə 16 komanda mübarizə aparıb.

Mission News Theme by Compete Themes.