Press "Enter" to skip to content

Ümumi hesabla 730 kq-dan çox heroin tutulub

Bayraqdar.info – Gömrükçülərin həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. 244 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə mayın 3-də Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana “bitum membranı” yükü aparan DAF markalı, WE261EW / UU260V dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

“Sürücü onun avtomobilində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Avtomobil yoxlanılarkən kinoloji xidmət iti yük maşınının qoşqusunun ətraflarına reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib.

“Rentgen qurğusunda əsaslı şəkildə yoxlama aparılıb. Avtomobilin qoşqusunun altında kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 480 ədəd bağlama, həmin bağlamalarda isə qablaşdırılma ilə birgə çəkisi 244 kq 344 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır”, – deyə xəbərdə bildirilir.

DGK xatırladır ki, son iki həftə ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 fakt üzrə 730 kq 788 qram çəkidə narkotik vasitələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Mission News Theme by Compete Themes.